“İşte benim stilim”in azərbaycanlı qızı yenə ağladı (VİDEO)
Tarix: 28-04-2015, 11:23 | Çap et
“İşte benim stilim”in azərbaycanlı qızı yenə ağladı (VİDEO)
Türkiyənin tanınmış dəb yarışlarından birinə qatılan azərbaycanalı qız yenidən qalmaqalın mərkəzinə düşüb. ANS PRESS-in məlumatına görə, Acun Ilıcalının T8 kanalında yayımlanan
“İşte benim stilim”in iştirakçısı olan Sima Şərafətdinova yenidən ağlayıb.

Mübahisənin yaranmasına səbəb isə Simanın Cerem Güngüz adlı iştirakçıya dedikləri olub. Belə ki, C.Güngüz ata-anası üçün darıxdığını deyib. Sima isə onun dediklərə cavab olaraq rəqibini tamaşaçılara ata-anasının olmamasını deməklə oyun oynamaqda ittiham edib.

Sonradan rəqibinin ata-anasını itirdiyini öyrənən 17 yaşlı Sima "Mənimdə atam-anam burda deyil. Dartıxıram" sözlərinin düzgün anlaşılmadığını deyib. Buna baxmayaraq o iştirakçıların və münsiflərin sərt tənqidinə hədəf olub.

Müsiflərin qarşısına çıxan Sima Şərafətdinova göz yaşalarını saxlaya bilməyib.

Xatırladaq ki, azərbaycanlı iştirakçı müntəzəm olaraq davranışına görə, sərt tənqidlərə məruz qalır.







Xəbərlər
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net