Binəqədi qəbiristanlığı ilə Los Ancelesi nə bağlayır...
Tarix: 28-04-2015, 10:53 | Çap et
Binəqədi qəbiristanlığı ilə Los Ancelesi nə bağlayır...
Bakının Binəqədi rayonunda tapılan buz (pleistosen) dövrünə aid fauna və flora qalıqları Los Anceles Təbiət Tarixi Muzeyində nümayiş etdiriləcək.

Bu barədə virtualaz.org saytına Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov məlumat verib.

S.Hüseynov bildirib ki, bununla bağlı muzey rəhbərliyi AMEA-nın Geologiya və Geofizika İnstitutuna təklif göndərib və təklif qəbul edilib. Bundan sonra azərbaycanlı qonaqlar Los Ancelesə gedərək geoloji və paleontoloji baxımdan Binəqədi qır gölü ilə eyni xarakterə malik olan La Brea qır gölünə baxış keçiriblər.

Belə ki, buz dövründə hər iki ərazidə qır gölü olub. Bir çox qədim heyvan, hətta nəsli kəsilmiş yırtıcılar onu içməli su, üzərinə yapışıb qalmış canlıları isə asan yem mənbəyi hesab edib, min illərlə bu tələnin qurbanı olub. Yapışqan qır onların sümüklərini dövrümüzə qədər qoruyaraq saxlayıb. La Breanın maksimal yaşı 55 min il olduğu halda, Binəqədidəki tapıntılar 100-150 min bundan əvvəlki dövrə aiddir.

Yaxın günlərdə amerikalı alimlər Binəqədidəki tarixi tapıntıya baxmağa gələcəklər.

Xatırladaq ki, 2011-ci ilin yanvarında ABŞ-ın “Natural History” jurnalında Binəqədidəki qəbiristanlıqla bağlı məqalə dərc olunub. Bundan sonra amerikalı alimlər Binəqədidəki tapıntı ilə maraqlanmağa başlayıblar.





Xəbərlər
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net