“Media kapitanları” Avropa Oyunlarında iştirak edəcəkmi? – SORĞU
Tarix: 28-04-2015, 10:27 | Çap et
“Media kapitanları” Avropa Oyunlarında iştirak edəcəkmi? – SORĞU
İyun ayının 12-dən 28-nə kimi Bakıda ilk Avropa Oyunları keçiriləcək.

Editor.az “Avropa Oyunlarında iştirak edəcəksinizmi? Bilet almaq niyyətiniz varmı?” sualı ilə ölkədə fəaliyyət göstərən aparıcı məbu orqanların baş redaktorlarına sual ünvanlayıb.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, Avropa Oyunlarında iştirak edəcək:

“Əslində bir jurnalist, baş redaktor olaraq Avropa Oyunlarında iştirak etmək üçün müvafiq qurumlardan bilet gözləyirdim. Hələki bu baş verməyib. Lakin istənilən halda Avropa Oyunlarına tamaşa etmək və bir neçə idman növü üzrə yarışmalara bilet almaq niyyətindəyəm”.

“Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev də Avropa Oyunlarına qatılacaq:

“Əlbəttə, iştirak edəcəm. Açığı, hələ seçim etməmişəm. Lakin daha maraqlı, kreativ idman növü üzrə yarışmalara tamaşa etmək üçün bilet alacam”.

Azxeber.com portalının baş redaktoru Əfsələddin Ağalarov həmin müddətdə Türkiyədə olsa da, məhz bu yarışmaya görə, bir neçə günlüyə ölkəyə qayıdacaq:

“Bilirsiniz ki, mən İstanbulun Mərmərə Universitetində magistr təhsili alıram. Bu səbəbdən iyun ayında İstanbulda olacam. Amma buna baxmayaraq, xüsusi olaraq bir neçə günlüyə də olsa, ölkəyə qayıtmağı və yarışmada mütləq iştirak etməyi nəzərdə tuturam”.

Ölkə.az portalının baş redaktoru Məmməd Gülməmmədov Avropa Oyunlarında iştirak edəcək:

“Əlbəttə, həm özüm iştirak edəcəm, həm də əməkdaşlarımız. Bu bütövlükdə ölkəmizin uğurudur. Hər hansı yarışmaya baxmaq üçün xaricə getmək olursa, niyə ölkəmizdə keçiriləcək mötəbər bir idman tədbirinə qatılmayaq. Bu bizim mənəvi borcumuzdur, həm də mənim maraq dairəmdədir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net