ABŞ-dan Bakıya dəstək
Tarix: 28-04-2015, 10:14 | Çap et
ABŞ-dan Bakıya dəstək
ABŞ Azərbaycan qazının Avropaya çatdırılacağı layihəni dəstəkləyib.

ANS PRESS-in məlumatına görə, Rusenergy xəbər verir ki, bu barədə ABŞ energetika naziri Ernest Moris deyib.

“ABŞ Avropa Birliyinə Transxəzərqaz qaz kəmərinin tikintisinin reallaşmasında tam dəstək verir”- deyə Moris bildirib.

Qeyd edək ki, Transxəzər qaz kəməri Rusiyadan kənar xəzəryani regionun Avropaya qaz nəqlini təmin edəcək cənubi qaz kəmərinə birləşmək üçün Azərbaycan və Türkmənistan resurslarını cəmləyir.

Avropa Birliyi öz strategiyası çərçivəsində “üçüncü enerji layihəsi”ni qəbul edib. Bu Rusiyanın “Qazprom” şirkətinin Avropa bazarına çıxışını ciddi şəkildə əngəlliyən bir layihədir. Bundan əlavə Avropa komissiyası “Qazprom”u Avropa Birliyinin rəqabət qanunlarını pozmaqda ittiham edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net