Nepalda zəlzələdə ölənlərin sayı 4 min 300-ü keçdi
Tarix: 28-04-2015, 09:59 | Çap et
Nepalda zəlzələdə ölənlərin sayı 4 min 300-ü keçdi
Nepalda zəlzələdə ölənlərin sayı 4 min 300-ü keçib. Rəsmilərin aprelin 28-də verdiyi məlumata görə, 8 min nəfər xəsarət alıb.

Artıq beynəlxalq yardım gəlməkdədir. 28 milyon əhalisi olan bu Himalay ölkəsində zəlzələ aprelin 25-də günorta baş verib.

Paytaxt Katmandu və digər yerlərdə minlərlə insan səkilərdə, yollarda, parklarda, çadırlarda qalır.

Xəstəxanalar aşıb daşır, su, ərzaq, elektrik qıtlığı yaranıb. Hindistan və Çin Nepala yardım göndərən ilk ölkələrdəndir.

Aprelin 27-də Birləşmiş Ştatlar əlavə olaraq 9 milyonluq yardım ayırdığını bildirib, beləliklə ABŞ-ın ümumi yardımı 10 milyon dollara çatıb.

ABŞ-ın müdafiə naziri Ashton CArter deyib ki, iki C-17 nəqliyyat təyyarəsi Nepala xilasedicilər və yardım çatdırmaq üçün yola düşüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net