“Yataqla bağlı hər şeyi burada öyrəndim...”
Tarix: 28-04-2015, 09:54 | Çap et
“Yataqla bağlı hər şeyi burada öyrəndim...”
Reytinqləri darmadağın edən “Taxtların oyunu” serialının 19 yaşlı gənc aktrisası Sofi Turner serialın yeni sezonu başlayarkən İngiltərədə çıxan “Stella” jurnalına müsahibə verib.

Axar.az xəbər verir ki, seriala 16 yaşından başlayan və Sansa Stark rolunu canlandıran ingilis aktrisa sekslə bağlı nə öyrənibsə hamısının “Taxtların oyunu”ndan öyrəndiyini deyib.

Bir şəbəkə tərəfindən təcavüzə uğrayacağı səhnəni çəkməzdən əvvəl təsadüfən atasının seti ziyarət etdiyindən bəhs edən Turner əvvəllər ailəsinin cinsi məzmunlu səhnələrdən narahat olduğunu, ancaq serialın keyfiyyətli istehsal olduğunu anlayandan sonra qısa müddətdə bu vəziyyətə alışdıqlarını söyləyib.

Turner sevərək canlandırdığı Sansa Stark xarakterinə çox uyğunlaşdığını və filmin ssenari qrupu tərəfindən nə vaxt öldürüləcəyini bilmədiyini də sözlərinə əlavə edib.

Aktrisa canlandırdığı xarakterlə bağlı bu sözləri deyib: “Sansanı sevirəm. Onunla birlikdə böyüdüm. Hətta onu özümdən çox daha yaxşı tanıdığımı düşünürəm”.





Xəbərlər
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net