Rusiya Krımın hesabını versin - Rəcəb Tayyib Ərdoğan
Tarix: 28-04-2015, 09:52 |
Çap et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini 1915-ci il hadisələri ilə əlaqədar olaraq "soyqırımı" ifadəsindən istifadə etdiyi üçün bir daha tənqid atəşinə tutub.
SalamNews-un “Haberler”ə istinadla verdiyi xəbərə görə, R.T.Ərdoğan V.Putinin bu bəyanatının Türkiyənin xətrinə dəydiyini bildirib.
“Rusiya əvvəlcə öz tarixini müzakirə etsin. Çox da keçmişə getmək lazım deyil; Ukraynada baş verənlər göz önündədir. Ukrayna, Donetsk göz önündədir.
Rusiya Krımın hesabını versin.", - türkiyəli lider belə deyib.