“Akkord”a qarşı məhkəmə prosesi 5 mayda başlayacaq
Tarix: 27-04-2015, 17:51 | Çap et
“Akkord”a qarşı məhkəmə prosesi 5 mayda başlayacaq
14 apreldə qafqaznews.org saytında ““Akkord”u məhkəməyə verdilər” başlıqlı məqalə dərc olunmuşdu.
Qısa xatırlatma üçün bildirək ki, 24 may 2013-cü ildə “Akkord” Sənaye -Tikinti İnvestisiya Korporasiyası” ASC ilə “İT Solutions” MMC arasında müəyyən işləri görmək üçün müqavilə bağlanıb.
“İT Solutions” MMC bu müqavilə ilə üzərinə götürdüyü bütün öhdəlikləri lazımi qaydada vaxtında yerinə yetirib. Lakin “Akkord” Sənaye -Tikinti İnvestisiya Korporasiyası” ASC üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və nəticədə qarşı tərəfə 01 aprel 2015-ci il tarixə 227.511,08 (iki yüz iyirmi yeddi min beş yüz on bir manat səkkiz qəpik) AZN borcu yaranmışdır.
Müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün “İT Sollutions” MMC “Akkord” şirkətini məhkəməyə verib.
5 may 2015-ci il tarixdə “İT Solutions” MMC-nin iddiası əsasında məhkəmədə hazırlıq iclası olacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net