Nazirdən Bakı-2015-lə bağlı - Əmr
Tarix: 27-04-2015, 17:04 | Çap et
Nazirdən Bakı-2015-lə bağlı - Əmr
Məktəblərdə 1-ci Avropa Oyunlarına həsr olunmuş intellektual oyun keçiriləcək

Azərbaycan ümumi təhsil müəssisələrinin şagirdləri arasında Bakı-2015 1-ci Avropa Oyunlarına həsr olunmuş intellektual oyun keçiriləcək.

Publika.az-ın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov Bakı-2015 Avropa Oyunlarına həsr olunmuş intellektual oyun üzrə 2015-ci ildə regional məktəb çempionatının keçirilməsi barədə əmr imzalayıb.

Əmrə əsasən, Avropa Oyunlarına həsr olunmuş intellektual oyun üzrə 2015-ci ilin regional məktəb çempionatının ictimai əsaslarla fəaliyyət göstərən Təşkilat Komitəsi yaradılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin və rayon (şəhər) təhsil şöbələrinin müdirləri, nazirliyin bilavasitə tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları çempionatın keçirilmə qaydalarına ciddi əməl etməklə regional məktəb çempionatını mayın 17-də keçirəcəklər.





Xəbərlər
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net