Eks-nazirin şirkətində nə baş verir – TƏFƏRRÜAT
Tarix: 27-04-2015, 15:49 | Çap et
Eks-nazirin şirkətində nə baş verir – TƏFƏRRÜAT
Keçmiş nazir Fərhad Əliyev və qardaşının xaricdəki biznesi genişlənir. Əliyev qardaşları Çexiyadan əlavə Moldova, Polşa, Rumıniya və Hollandiyada biznes resurslarını böyüdür. Bu imkanlar çərçivəsində növbəti bir mübahisəli situasiya yaranıb.
“Azpetrol”da pay sahibi olmuş Rafiq Əliyev 2014-cu ilin iyul ayından bəri idarə etdiyi “Danube Logistics BV” holdinqini “EASEUR BV” holdinqindən almağa çalışır. Rafiq Əliyevin şirkəti bunda Moldova məhkəmələrinin qərarına əsaslanır.
Bununla bağlı Hollandiyanin “Danube BV” logistika şirkəti “EASEUR BV” holdinqinə və onun dəstəkçisi “BEMOL”un benzin stansiyası şəbəkəsinin operatoru “BEMOL Retail SRL”-ə qarşı hüquqi prosedur başladıb. 2011-ci ildə borca düşən “EASEUR BV” holdinqi özünün əsas kreditoru olan “Credit Suisse” və onun tabeliyində olan kreditoru, eyni zamanda da Rafiq Əliyevin şirkəti olan “New Ventures Capital NV”lə borcların ödənməsinə dair saziş bağlayıb.
Sazişə əsasən “Credit Suisse” “EASEUR BV” holdinqini və “BEMOL Retail SRL”-i özünün əsas əhəmiyyətli öhdəlikləri siyahısına daxil edib. “EASEUR BV” holdinqinin Rafiq Əliyevə məxsus “New Ventures Capital NV” şirkətinə olan qaliq borcunu ödəməyə imkan verib.
Saziş “New Ventures Capital NV”, eləcə də Avropa Yenidənqurma və İnkişaf Banki ilə razılaşdırılıb. Eyni zamanda əməliyyat Moldova Qeydiyyat Palatasından 3 il ərzində etirazla qarşılanmayıb. Ancaq daha sonra holdinq məsələni hüquqi müstəviyə daşıyıb. “Danube Logistics SRL” holland şirkəti olan “Danube Logistics BV” holdinqinin tam mülkiyyətində olan şirkətdir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net