“Pislik özlərinə qalacaq” – Deputat
Tarix: 27-04-2015, 15:47 | Çap et
“Pislik özlərinə qalacaq” – Deputat
“Azərbaycan ilk Avropa Oyunlarına tam hazırdır və ölkəmiz bu mərhələni çox uğurla adlayaraq, idman tarixinə öz adını qızıl hərflərlə yazacaq”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva söyləyib.

Xatırladaq ki, aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırıldı.

Mərasimdə Prezident İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak ediblər.

Millət vəkili Kamilə Əliyeva bunu Azərbaycanın növbəti qələbəsi adlandırır:

“Oyunlar öncəsi bəzi təxribatçı qüvvələr, erməni lobbisinin sifarişi ilə hərəkət edən beynəlxalq təşkilatlar və onların burdakı emissarı olan müxalifətçilər baykot çağırışı səsləndirir, bu mötəbər tədbirin qarşısını almağa çalışırdılar. Nəticə nə oldu? Onlar bu dəfə də rəzil və biabırçı duruma düşdülər. Yekunda pislik elə özlərinə qalacaq. Ölkəmiz ilk Avropa Olimpiya Oyunlarına tam hazıdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi fəaliyyət göstərən Avropa Oyunları Təşkilat Komitəsi hazırlıq işlərini ən yüksək səviyyədə təşkil edərək, böyük bir uğura imza atıb. Heç şübhəsiz ölkəmiz bu sınaqdan da üzüağ çıxacaq və bir ilkə imza ataraq, dünya olimpiadasına bərabər möhtəşəm bir tədbir keçirəcək”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net