"Barselona"nın ulduzu türklərdən üzr istədi
Tarix: 27-04-2015, 15:40 |
Çap et
Aprelin 25-də qondarma erməni "soyqırımı"nın 100 illiyi ilə bağlı pankart açan “Barselona”nın futbolçusu Daniel Alveş etdiyi hərəkətdən peşman olub.
Trend-in məlumatına görə, "twitter" sosial şəbəkəsindəki səhifəsində paylaşdığı fotoları silən braziliyalı futbolçu türk azarkeşlərdən üzr istəyib.
Alveş hərəkətini belə əsaslandırıb: "Bütün türk azarkeşlərimizdən üzr istəyirəm. Fotoların onları bu qədər məyus edəcəyini düşünməmişdim. Bir çox türk dostlarım var. Mən sülh içində olan bir dünya istəyirəm. İnsanlara heç vaxt zərər vermərəm".