20 illik dostunu öldürdü, 18 il cəza aldı
Tarix: 27-04-2015, 15:28 | Çap et
20 illik dostunu öldürdü, 18 il cəza aldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 20 illik dostunu qətlə yetirməkdə ittiham olunan Namiq Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Eynulla Vəliyev sərdlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, N.Babayev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Yasamal rayonu, Yunis Dağlı küçəsi, ev 17-də baş verib. Həmin ünvanda yaşayan, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşayan 44 yaşlı Boris Gennadiyeviç Jarov naməlum şəxs tərəfindən qətlə yetirilib. Borisin meyitinin tapan məhəllə sakinləri bu barədə polisə məlumat veriblər. Mərhum həbsdə olduğu müddətdə tatuaj işləri öyrənib və sonralar elə bununla da pul qazanırmış.

Əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 55 yaşlı Namiq Babayev həbs olunub.

İlkin dindirmə zamanı əməlini etiraf edən Namiq Babayev mərhumla 20 ildən çoxdur ki, dostluq etdiyini, hadisə baş verən gün isə dostu tərəfindən təhqir olunduğunu bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net