“Nurgün Motors”: “Heç bir polis basqını olmayıb”
Tarix: 27-04-2015, 15:27 | Çap et
“Nurgün Motors”: “Heç bir polis basqını olmayıb”
Bu gün aznews.az saytında “Nurgün Motors”un bəzi salonlarında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirildiyi, əməliyyat nəticəsində müştəriləri aldadaraq onlara keyfiyətsiz avtomobil satan “Avto Line”, “Avto Qalareya”, “Avto Murad” və digər salonların rəhbərlərinin həbs edildiyi ilə bağlı məlumat yer alıb.
Məlum informasiya ilə bağlı Moderator.az-a açıqlama verən “Nurgün Motors” yetkilisi bu barədə deyilənlərin əsassız olduğunu və “qara piar” xarakteri daşıdığını vurğuladı:
“Nurgün Motors”un bəzi salonlarında polisin əməliyyat keçirdiyi, bəzi əməkdaşların həbs edildiyi ilə bağlı deyilənlər tamamilə yalan və əsassızdır. Bunlar “qara piar” məqsədi daşıyır. Elə bu gün adları çəkilən salonlara gedib mövcud vəziyyətlə tanış ola bilərsiniz. Bu salonlar əvvəlki günlərdə olduğu kimi normal fəaliyyət göstərir. “Nurgün Motors” un salonlarında guya vətəndaşlara keyfiyyətsiz avtomobillərin satılması ilə bağlı deyilənlər də cəfəngiyyatdır. Bu gün hər kəs nəyə pul xərclədiyini yaxşı bilir və vətəndaşlara təqdim etdiyimiz avtomobillər də yüksək keyfiyyətə malikdir.
Hazırda bu informasiyanın haradan qaynaqlandığı, necə meydana çıxdığı araşdırılır. Yəqin ki, yaxın saatlarda bu əsassız xəbər saytlardan çıxarılacaq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net