Toyda hansı müğənnilərimiz döyüldü?
Tarix: 27-04-2015, 13:48 | Çap et
Toyda hansı müğənnilərimiz döyüldü?
Bakının Nizami rayonunda keçirilən toy məclisində xoşagəlməz hadisə yaşanıb. Belə ki, toyun ortasında bəy qəfildən gəlinlə mübahisəyə başlayıb. Bəy gəlini vurub və bir neçə dəqiqə toyda münaqişə yaranıb. Davaya toya gələn qonaqlar müdaxil ediblər.

Həmin el şənliyini bir neçə şou-biznes nümayəndəsinin idarə etdiyi deyilir. Toyda müğənnilərin döyüldüyü iddia olunur.

Məsələ ilə əlaqədar olaraq dava düşən məkan “Xudafərin” şadlıq sarayı ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən şadlıq sarayının inzibatçısı Arif müəllim bunları dedi: “Sözügedən gecədə bəylə gəlin dalaşmayıb. Xəbər kökündən yalandır. Sadəcə olaraq cavanların rəqsi üstündə mübahisə yaranıb və dərhal ara sakitləşdirilib. Həmin gecədə də şou-biznesin heç bir tanınmış siması iştirak etməyib”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net