Rejissordan Kərimin şalvarına irad: "Cırıq cinslə efirə çıxır"
Tarix: 27-04-2015, 13:23 | Çap et
Rejissordan Kərimin şalvarına irad: "Cırıq cinslə efirə çıxır"
Kinorejissor Şeyx Əbdül Mahmudbəyov “Gün üzü” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, o, fərqli geyim tərzi olan ifaçıları qınayıb.

Şeyx Əbdül eyni zamanda müğənni Kərim Abbasova irad bildirib:

“Ümid edirəm ki, mənimlə birlikdə cırıq şalavarlı uşaqlardan efirdə olmayacaq. Biz yorğanımıza görə ayağımızı uzatmırıq. İddiamız özümüzdən əvvəldə gedir. Sonra analiz edəndə bəlli olur ki, bunun bir qara qəpiklik qiyməti yoxdur. O, gün efirdə Kərim adlı bir oxuyan gördüm. Hətta verilişə də zəng etmək istəyirdim, alınmadı. Efiri yüksək səviyyədə dünya mədəniyyətinə hazır olmayan insanlar da izləyir. Ekrandakıları görüb, onlarla yaşayan səviyyəli adamlarımız var. Bunlar cırıq cinslə efirə çıxır. Sabah onlara baxanlar da başlayıb cırıq şalvar geyinəcəklər. Bu bayağı təqlidçilikdir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net