Tatarıstandakı Azərbaycan diasporunun rəhbəri də ermənilərə bağsağlığı verib
Tarix: 27-04-2015, 12:52 | Çap et
Tatarıstandakı Azərbaycan diasporunun rəhbəri də ermənilərə bağsağlığı verib
Tatarıstanda fəaliyyət göstərən “Azərbaycan” milli-mədəni muxtariyyətinin sədri Sübhan Əhədzadə ermənilərin 24 apreldə qeyd etdikləri qondarma soyqırımının 100 illiyilə bağlı Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyana başsağlığı teleqramı göndərib

Sosial şəbəkələrdə Sübhan Əhədzadənin göndərdiyi “teleqram”ın sürəti də yerləşdirilib. Azərbaycan diaspor rəhbərinin təəccüblü görünən “başsağlığında” deyilir:

“Hörmətli, Ara Arşaviroviç,

Tatarıstan azərbaycanlıları və şəxsən öz adımdan Türkiyədə erməni xalqının soyqırımının 100 illiyi ilə bağlı sizə və bütün erməni xalqına səmimi təəssüfümü çatdırıram.

1915-ci il hadisələri bir də heç zaman təkrarlanmamalıdır. Mən bir tarixçi kimi əminəm ki, 1915-ci il hadisələrində Azərbaycan xalqı təqsirkar deyil. İnanıram ki, erməni soyqırımının dünya tərəfindən tanınması xalqlarımız arasında sülhün əldə olunmasına təkan verəcək. Hörmətlə, Tatarıstandakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri Sübhan Əhədzadə”.

Qeyd edək ki, Rusiya Erməniləri İttifaqının sədri olan Ara Abramyan “Soqlasie” QSC-nin sədridir. Çoxmilyonlu sərvətə malik olan Abramayan hər il Dağlıq Qarabağda tikinti işləri gerçəkləşdirən “Hayastan” fonduna külli miqdarda vəsait yatırır.(modern.az)

Tatarıstandakı Azərbaycan diasporunun rəhbəri də ermənilərə bağsağlığı verib





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net