Bakıda "qırmızı"da keçən sürücünü vurdular - Foto
Tarix: 27-04-2015, 11:22 | Çap et
Bakıda "qırmızı"da keçən sürücünü vurdular - Foto
Bakının mərkəzində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az xəbər verir ki, hadisə bu saatlarda Hənifə Ələsgərov küçəsi ilə Mirəli Qaşqay küçəsi kəsişməsində baş verib.

Belə ki, “Subaru” markalı avtomobil işıqforun qadağanedici göstərişi zamanı yolu keçməyə cəhd edib. Bu zaman digər küçə ilə hərəkət edən “Mercedes” markalı avtomobil “Subaru” markalı avtomobilə çırpılıb. Zərbə nəticəsində “Subaru” də dəmir dirəyə çırpılıb.

Qəza nəticəsində sürücülər və avtomobildə olan sərnişinlər ciddi xəsarət alıblar. Hər iki avtomobil yararsız hala düşüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bakıda "qırmızı"da keçən sürücünü vurdular - Foto
Bakıda "qırmızı"da keçən sürücünü vurdular - Foto





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net