Pənah Hüseyn yenidən Asim Mollazadəyə rəqib olacaq
Tarix: 27-04-2015, 11:12 |
Çap et
AXP sədri Pənah Hüseyn parlıament seçkilərində namizəd olacağı dairəni müəyyənləşdirib.
P. Hüseyn açıqlamasında bildirib ki, o Nəsimi rayon 22-ci dairədən deputatlığa namizədliyini irəli sürəcək: “2010-cu ildə də həmin dairədən namizədliyimi irəli sürmüşdüm. Bizim orada seçki komandamız var. Bununla bərabər 65 saylı Sabirabad-Saatlı-Kürdəmir seçki dairəsindən də namizəd ola bilərəm”.
Qeyd edək ki, hazırda Nəsimi 22-ci dairədən deputat ADİP sədri Asim Mollazadədir.