İsrail erməniləri belə məyus etdi
Tarix: 27-04-2015, 10:33 |
Çap et
“Erməni xalqı müasir kütləvi cinayətin ilk qurbanıdır”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İsrail Prezidenti Reuven Rivlin çıxış edib. 1915-ci il hadisələri ilə bağlı mərasimdə çıxış edən Rivlin bu məsələdə heç bir ölkəni günahlandırmadığını bildirib:
“Erməni xalqı müasir kütləvi cinayətin ilk qurbanıdır. 1915-ci il hadisələri ilə bağlı hər hansı bir ölkəni günahlandırmaq istəmirik. Biz bu hadisənin qurbanları və qorxunc nəticələri ilə özümüzü eyniləşdirməyə çalışırıq”.
Qeyd edək ki, Rivlin 1915-ci il hadisələri ilə bağlı İsraildə ilk dəfə rəsmi mərasim təşkil edən prezident olub.