Avropa Oyunlarına görə “Məzun gün”ləri dəyişdi
Tarix: 23-04-2015, 11:16 | Çap et
Avropa Oyunlarına görə “Məzun gün”ləri dəyişdi
I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar bəzi tədbirlərin vaxtı dəyişdirilib. Yarışların keçirildiyi günlərdə paytaxtda sıxlığın qarşısının alıması üçün təhsil nazirinin əmri ilə ali təhsil müəssisələrində imtahan vaxtları qabağa çəkilib. Ümumilikdə imtahanlar mayın 31-dək başa çatacaq.

Avropa Oyunları ilə əlaqədar universitetlər “Məzun gün”lərinin də vaxtının dəyişəcəyi bildirilir.

AzVision.az məsələ ilə bağlı universitetlərlə əlaqə saxlayıb.

Azərbaycanda Tibb Universitetində (ATU) “Məzun günü”nün may ayının 27-də keçiriləcəyi bildirilib.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Şəfa Kazımova isə bilidirib ki, Avropa Oyunları ilə əlaqədar ali məktəbdə imtahanlar may ayının 31-də yekunlaşacaq. Lakin “Məzun günü”nün tarixi ilə bağlı onlarda hələlik heç bir məlumat yoxdur.

Bakı Dövlət Universitetində (BDU) rektor Abel Məhərrəmov məzuniyyətdə olduğundan vaxt dəqiqləşməyib.

Ali məktəbin rektor müavini bildirib ki, A.Məhərrəmov məzuniyyətdən qayıdandan sonra bu məsələ müzakirə olunacaq. Amma hələ ki, “Məzun günü”nün vaxtı dəqiq bilinmir.

Azərbaycan Pedoqoji Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mansur İbrahimovun sözlərinə görə, APU-da da “Məzun günü”nün vaxtı müəyyənləşdirilməyib.

Azərbaycan Turizm Universitetindən isə bildiriblər ki, ali məktəbin məzunları həmin günü həmişəki vaxtda yəni-iyul ayının ilk ongünlüyündə qeyd edəcəklər.

Azərbaycan İqtisad Universitetində də hələ ki, “Məzun günü”nün vaxtı məlum deyil. Ali məktəbin rektor köməkçisi Məhəmməd Cəmilovun dediyinə görə, “Məzun günü”nün may ayının sonunda keçirilməsi planlaşdırılır. Lakin dəqiqi tarix məlum deyil.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net