ATV-nin maşınıyla vurulan piyada reanimasiyadadır
Tarix: 23-04-2015, 11:13 | Çap et
ATV-nin maşınıyla vurulan piyada reanimasiyadadır
ATV teleşirkətinə məxsus avtomobilin vurduğu şərnişin reanimasiyadadır.

Bu barədə Axar.az-a 3 saylı Şəhər Klinik Xəstəxanasından məlumat veriblər. Xəstəxanadan verilən məlumata görə, kanal avtomobilinin vurduğu piyada Hövsan qəsəbə sakini 1983—cü il təvəllüdlü Abdullayev Elnur Abuzər oğludur.

Hazırda xəstənin durumu orta-ağır qiymətləndirilir, reanimasiyadadır.

Qeyd edək ki, ATV telekanalının avtomobili ilə piyada vurub. Bu barədə məlumatı musavat.com-a 3 saylı Şəhər Kliniki Xəstəxanasından veriblər. Məlumata görə, hadisə gecə Yeni Günəşli qəsəbəsində baş verib. ATV teleşirkətinə məxsus "Ford" markalı avtomobilin qarşısına qəfildən piyada çıxıb. Sürücü idarəetməni itirib və piyadanı vurub. Müxtəlif dərəcəli sınıq xəsarətləri alan piyada sürücü tərəfindən xəstəxanaya çatdırılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net