Ermənilər Türkiyədən qovulacaq - Ermənistan şokda
Tarix: 22-04-2015, 16:31 | Çap et
Ermənilər Türkiyədən qovulacaq - Ermənistan şokda
Türkiyədə yaşayan ermənilər ölkədən qovula bilər.

Avropa.info xəbər verir ki, bu barədə erməni kütləvi informasiya vasitələri məlumat yayıb.

Yayılan məlumatlarda bildirilir ki, ermənilərlə türklərin “soyqırım” məsələsi fonunda gərginləşən, onsuzda yaxşı olmayan münasibətlərinin nəticəsində Türkiyədə yaşayan ermənilərin ölkə ərazisindən çıxarılması gündəmə gəlib. Verilən xəbərə görə on minlərlə Türkiyə ermənisinin Ermənistana gəlməsi ölkə rəhbərliyi üçün iqtisadi və siyasi problemlər yaradacaq.

Vəziyyətdən çıxış yolunu axtaran dövlət məmurları onları Dağlıq Qarabağ ərazisində yerləşdirməyi düşünür. Bu haqda, 26 mart tarixində, 1994-1997-ci illər Ermənistan prezidentinin məsləhətçisi olmuş professor Jirayr Liparityan mətbuat konfransında Ermənistan Türkiyə münasibətlərində son hadisələri şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu məsələnin nə dərəcədə mümkün olub olmamasından asılı olmayaraq Ermənistan baş verə biləcək bütün hadisələrə hazır olmalıdır.

“Mənim üçün ən əhəmiyyətlisi insanların etibarını bir azda olsa quruyub saxlamaqdır“, — Liparityan qeyd edib. O, həmçinin əlavə edib ki, Yaxın Şərqdə erməni partiya strukturları dövlət və milli maraqları kənara qoyub, öz mənafelərinə uyğun düşünürlər və siyasət aparırlar.

“Əgər erməni qəsəbələri olmayacaqsa, onlar nə edəcəklər? Onlar Yaxın Şərqdə erməniləri gözləyən təhlükənin nə dərəcədə ciddi olduğunu qəbul etmək istəmirlər.” — Jirayr Liparityan vurğulayıb.

Qeyd etmək lazımdır ki, Ermənistana, xüsusən Qarabağ ərazisinə belə köçürülmə baş verərsə Ermənistan iqtisadiyyatı tamamilə çökəcək. Onsuzda regionda baş verən bütün infrastruktur layihələrdən təcrid olunan Ermənistanın əslində nə istədikləri bəlli deyil. İqtisadi, sosial və siyasi problemlər səbəbindən tərk edilən, haradasa bir neçə il sonra “əhalisiz dövlət” olacağı danışılan, buna baxmayaraq boş qalmış Dağlıq Qarabağ ərazisini öz ərazisi kimi tanıtmağa çalışan, Gürcüstanın, Türkiyənin ərazilərinə iddia edən, 100 il bundan qabaq “baş vermiş” hansısa hadisəyə “soy qırım” dedirtmək üçün dəridən qabıqdan çıxan bir xalqın milli təfəkkürü belə qüsurludur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net