Azərbaycan təhsilində KURYOZ: məzundan təhsil haqqı istənilir
Tarix: 22-04-2015, 15:46 | Çap et
Azərbaycan təhsilində KURYOZ: məzundan təhsil haqqı istənilir
Azərbaycan Texnologiya Universitetinin (ATU) məzunlarından biri Lent.az-a müraciət ünvanlayıb. Universiteti iki il öncə bitirən gənc bildirib ki, təhsil haqqını ödəməyinə və diplom almağına baxmayaraq, ATU-dan ona zəng edilərək, təhsil haqqını ödəməyə çağırıblar: “Universiteti bitirməyimdən iki il keçməsinə baxmayaraq, “Qida məhsullarının texnologiyası və turizm” fakültəsinin dekanı Arzu Həsənov mənə zəng edərək, bildirdi ki, “Universitetə 250 manat borcun qalıb, gəl, təhsil haqqını ödə”. Baxmayaraq ki, mənim əlimdə ödəniş qəbzi var”.

Məsələ ilə bağlı ali məktəblə əlaqə saxladıq. Özünü rektorun köməkçisi kimi təqdim edən şəxs Lent.az-a bildirib ki, həmin şəxsdə təhsil haqları ilə bağlı ödəniş qəbzi varsa, universitetə təqdim etməlidir: “Əgər ali məktəbin məzunu təhsil haqqını ödəməyibsə, ödəməlidir. Ödəyibsə, bizə qəbz təqdim etməlidir”.

“İndiyə qədər təhsil haqqı niyə tələb olunmurdu” sualına universitetdən belə cavab verilib: “Maliyyə Nazirliyi universitetdə yoxlama aparıb. Məlum olub ki, bəzi tələbələr təhsil haqqı ödəməyiblər. Buna bir neçə səbəb var. Bunlardan biri, həmin tələblərin qarışıqlıqdan (? – red.) istifadə edərək, təhsil haqqından yayınmasıdır. Digər məsələ isə bir neçə tələbənin həmin vaxt təhsil haqqının ödəməyə imkanının olmamasıdır".

Rektor köməkçisi “tələbə təhsil haqqını ödəməyibsə, ona diplom verilməlidirmi” sualına cavab verməyib.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, həmin şəxs ali məktəbə gedərək, özü bu məsələni araşdırmalıdır: “Əgər universitet məzunu təhsil haqqını ödəməyibsə, ona, ümumiyyətlə, diplom verilməməli idi. Əgər diplom alıbsa, həmin şəxs təhsil haqqını ödəməyə bilər”.

Nazirlikdən o da bildirilib ki, bu məsələdə təqsirkar adıçəkilən ali məktəbdir: “Təhsil alanla təhsil müəssisəsi arasında müqavilə imzalanır. Həmin müqavilədə göstərilir ki, təhsil alan (ali məktəbə ödənişli əsaslarla qəbul olunubsa) təhsil müəssisəsinə illik ödəniş etməli və təhsil almalıdır. Təhsili uğurla bitirdikdə isə diplomla təmin edilir. Bütün bunlar nəzərə alınaraq, qeyd olunmalıdır ki, Texnologiya Universiteti həmin müqavilənin şərtini pozub”.

Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, ali məktəb öz “günahı”nı keçmiş tələbələrinin hesabına yumaq istəyir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net