Azərbaycan Dövlət Musiqili Teatrının daha bir işçisi istefa verib
Tarix: 11-03-2015, 12:08 | Çap et
Azərbaycan Dövlət Musiqili Teatrının daha bir işçisi istefa verib
Teatrın Orkestr Truppasının üzvü Səbinə Axundova ərizə yazaraq işdən ayrılıb.

Bu barədə aznews.az-a S.Axundova özü məlumat verib. Onun sözlərinə görə, özü ərizə yazmasaydı belə, onu teatrdan çıxacaqdılar: “Xəzər Universitetinin Mahnı və Rəqs Ansamblı ilə birlikdə martın 11-də Türkiyəyə səfərə getməliyəm. Orada bir neçə şəhərdə konsertlər təşkil olunacaq və biz də Azərbaycanı təmsil edəcəyik. Lakin teatrın direktoru Əliqismət Lalayev icazə vermir. Bizə deyiblər ki, kim o səfərə gedəcəksə, ümumiyyətlə ölkəni tərk edəcəksə, ərizəsini yazsın işdən çıxsın. Əks halda özümüz çıxaracağıq”.

S. Axundova Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının Əliqismət Lalayevin adına icazə məktubu yazdığını, lakin direktorun yenə də icazə vermədiyini deyir.

Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Teatrının solist-vokalisti vəzifəsində çalışan Elvin Əliyev də bir neçə gün əvvəl səbəbdən istefa verib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net