Gürcülər Gəncədə ev yardı
Tarix: 17-04-2015, 17:38 | Çap et
Gürcülər Gəncədə ev yardı
Gəncədə evdən külli miqdarda qızıl və pul oğurlayan şəxslər tutulub.

Axar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də Nail Əsgərovun evindən 10 min ABŞ dolları, 10 min manat dəyərində qızıl əşyalar, 3 ədəd mobil telefon, geyim və məişət əşyaları oğurlayan Gürcüstan vətəndaşları Qriqori Kuraşvili, Nika Bumbeşvili və Qiyantsa Salakadze tutulub.

Polis faktla bağlı araşdırmalara başlayıb.

**

Digər bir oğurluq hadisəsi isə Bakıda baş verib.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Suriya vətəndaşı Said Almohammada məxsus noutbuku oğurlayan Türkmənistan vətəndaşı Ağabala Rzayev tutulub.

Aparılan əməliyyat tədbirləri ilə onun aprelin 5-də İran vətəndaşı Murad Əlizadə-Yeganiyə məxsus noutbuku, habelə aprelin 15-də isə Salyan sakini Əhməd Məmmədovun mobil telefonunu oğurladığı müəyyən edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net