"Almaniya Yunanıstana borcludur"
Tarix: 11-03-2015, 10:10 | Çap et
"Almaniya Yunanıstana borcludur"
Almaniya II dünya müharibəsinə görə Yunanıstana borcludur. Yunanıstanın baş naziri Aleksis Tsipras ötən gün parlamentdə çıxışı zamanı bu cür bəyanat səsləndirib. Nazir qeyd edib ki, Almaniya hökuməti indiyə qədər müharibə dövründə Yunanıstana dəyən ziyana görə tam kompensasiya ödəməyib. Onun sözlərinə görə, Almaniya 1960-cı ildə əldə olunan razılaşmaya əsasən, Afinanın tələbləri yerinə yetirməyib.

“Kompensasiya razılaşmasında ölkəyə dəyən ziyan deyil, Yunanıstanda nasizm cinayətlərindən əzizyyət çəkənlər insanlar üçün nəzərdə tutulmuşdu. Razılşmada, həmçinin, Yunanıstanda törədilən müharibə cinayətləri, infrastrukturun dağıdılmasını və iqtisadiyyata dəyən ziyan da ödənilmirdi”.

Ötən gün Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyinin maliyyə nazirləri səviyyəsində baş tutan iclasında Yunanıstana növbəti kredit tranşının ayrılmasına dair məsələlər müzakirə olunub. Rəsmi Brüssel kredit üçün yunan hökumətindən iqtisadi islahatlar keçirməsini tələb edir. Nazirlər islahat proqramlarının hansı səviyyədə olduğunu yoxlamaq üçün bu gün də Afina danışıqlar aparacaq.

Tsipras yunan hökumətinin kreditlə əlaqədar üzərinə götürdüyü öhdəlikləri qeyri-şərtsiz yerinə yetirəcəyini bildirib. Lakin, onun sözlərinə görə, hökumət, ikinci dünya müharibəsi zamanı ölkəyə dəyən ziyana görə öz tələblərindən də əl çəkməyəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net