İsrail kəşfiyyatçısı edam edildi
Tarix: 11-03-2015, 09:51 | Çap et
İsrail kəşfiyyatçısı edam edildi
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları internetdə “Mossad”ın xeyrinə cəsusluqda ittiham edilən şəxsin edam edilməsi kadrlarını yayımlayıb.

Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Edam olunan şəxsin adının Məhəmməd Musallim olduğu bildirilir. Yayılan görüntülərdə həmin şəxs İsrail kəşfiyyatına işlədiyini açıqlayıb.

Onun sözlərinə görə, İsrail kəşfiyyatına işləməyi ona atası və böyük qardaşı təklif edib. O, etiraf edib ki, İŞİD-ə qoşularaq onların silahları, bazaları və fələstinli mücahidlər barədə məlumatları İsrail tərəfinə ötürmüşdülər.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net