Donetsk vilayətinin Şırokino şəhərində ötən günə qədər intensiv atışmalar gedirdi
Tarix: 11-03-2015, 09:40 | Çap et
Donetsk vilayətinin Şırokino şəhərində ötən günə qədər intensiv atışmalar gedirdi
Ukraynanın Donetsk vilayətində Şırokino təmas xəttində hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında döyüşlər dayandırılıb. Ötən günə qədər bölgədə tərəflər arasında intensiv atışmaların getdiyinə dair xəbərlər gəlirdi.

ANS PRESS-in məlumatına görə, rəsmi Kiyevlə qondarma Donetsk Xalq Respublikası arasında əldə olunan Minsk razılaşmasına əsasən, hər iki tərəf atəşkəs elan etsə də, əsasən, Donetsk vilayətində ara-sıra atışma səsləri eşidilir.

Kiyevin razılaşmaya uyğun olaraq Donbas regionuna xüsusi status verilməsini nəzərdə tutan konstitusiya islahatını gecikdirməsi isə, sülh danışıqlarını təhlükəyə ata bilər. Rəsmi Moskva bu barədə xəbərdarlıq edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Qərb ölkələri Kiyevi Minsk razılaşmasının şərtlərini yerinə yetirməyə vadar etməlidir.

Sergey Lavrov: “Avropa Birliyi bürokratiyası Ukraynada üsyançıların Minsk şərtlərinə əməl etmədiyini göstərməyə çalışmaqla Rusiyanı qəsdlə qarşıdurmaya təhrik edir. Və bu yolla razılaşmanın siyasi şərtlərinin yerinə yetirilməsini gecikdirir, həmçinin, Rusiya ilə Avropa Birliyi ölkələri arasında münasibətlərin normallaşması prosesinə mane olur. Qərbli həmkarlarımız, bəlkə də, özləri görmürlər, lakin biz onların diqqətinə çatdırmaq istəyirik ki, Minsk razılaşmasının şətləri Kiyev tərəfindən pozulur. Amerika və avropalıların Kiyevə hansı təzyiqlər göstərdiyini bilmirəm, lakin Kiyevə qarşı sevimli mexanimzlərnini - sanksiyaları işə salsalar yaxşı olar”

Rusiya hökuməti Avropada Adi Silahların Məhdudlaşdırılması müqaviləsinin birgə məsləhət şurası iclaslarında iştirak etməkdən imtina edib. Rusiya Xarici İşlər Nazirliyinin bu barədə yaydığı bəyanatında qeyd olunur ki, Rusiya uzun müddət silahlar üzərində nəzarət rejiminin qorunması üçün çalışsa da, NATO tərəfdaşları olan ölkələr alyansın genişləndirilməsinə üstünlük verərək müqavilənin şərtlərini pozublar.

1990-cı ildə Fransanın paytaxtı Parisdə imzalanan müqavilə Avropada ağır hərbi texnikanın məhdudlaşdırılmasını nəzərdə tutur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net