Gürcüstan müsəlmanlarının dini internet televiziyası yaradıldı
Tarix: 11-03-2015, 09:11 | Çap et


Bütün Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində yaradılmış internet televiziyası www.müslimmedia.ge saytı üzərindən fəaliyyətə başlayıb. Bu layihənin rəhbəri Məşədi Vidadi Qurbanovun islamazeri.az-a verdiyi məlumata görə, verlişlər silsilə xarakter daşıyacaq və çalışılacaq ki, verlişlərində mütəmadi olaraq cəmiyyətimizi dini, mənəvi zəmində maraqlandıran daha aktual mövzulara yer ayırılsın, Gürcüstanda keçirilən tədbirlər yayımlansın. Ümid edirik ki, bu vasitə ilə maarifləndirmə və məlumatlandırma sahəsində dinimizə və cəmiyyətimizə az da olsa xidmət etmiş olarıq. İlkin çəklişlər olduğuna görə müəyyən texniki və s. qüsurlara görə üzr istəyirik. Ümidvarıq rəy və təklifləriniz sayəsində günü-gündən daha da təkmilləşdirək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net