"Müğənnilərin adı pis çıxıb"
Tarix: 10-03-2015, 16:52 | Çap et
"Müğənnilərin adı pis çıxıb"
“Sənət aləmində bir çox xanım ifaçılarla bəylər arasında dostluq münasibəti var. Ramal İsrafilovla, Elnur Məmmədovla, Hacı Nazimlə dostuq. Uşaqlıqdan bir yerdəyik. Elnurla İnstaqrama şəkil qoyanda elə şərhlər yazırlar ki, dəhşətə gəlirəm. İllərdir biz bu səhnədə çiyin-çiyinəyik. Bizim aramızda başqa heç bir münasibət ola bilməz”.
Axşam.az-ın məlumatına görə, bu sözləri “5/5” verilişində qonaq olan müğənni Natavan Həbibi deyib:
“Kimləsə şəkil qoyursan, mehriban olursan başqa yerə yozulur. Münasibətlərə saf gözlə baxın. Biz sənətdə tək xanımla çalışmamalıyıq. Ətrafımızda bəy ifaçılar də olacaq. Kiminsə kimləsə münasibəti varsa, onun problemidir. Tək bir insana görə hamının adına söz çıxarırlar. Müğənnilərin adı pis çıxıb. Hamının ləkəsi öz üstünə yaxılsın”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net