Ana Sayfa > Xəbər > "Müğənnilərin adı pis çıxıb"
"Müğənnilərin adı pis çıxıb"10-03-2015, 16:52. Yazar: admin |
“Sənət aləmində bir çox xanım ifaçılarla bəylər arasında dostluq münasibəti var. Ramal İsrafilovla, Elnur Məmmədovla, Hacı Nazimlə dostuq. Uşaqlıqdan bir yerdəyik. Elnurla İnstaqrama şəkil qoyanda elə şərhlər yazırlar ki, dəhşətə gəlirəm. İllərdir biz bu səhnədə çiyin-çiyinəyik. Bizim aramızda başqa heç bir münasibət ola bilməz”. Axşam.az-ın məlumatına görə, bu sözləri “5/5” verilişində qonaq olan müğənni Natavan Həbibi deyib: “Kimləsə şəkil qoyursan, mehriban olursan başqa yerə yozulur. Münasibətlərə saf gözlə baxın. Biz sənətdə tək xanımla çalışmamalıyıq. Ətrafımızda bəy ifaçılar də olacaq. Kiminsə kimləsə münasibəti varsa, onun problemidir. Tək bir insana görə hamının adına söz çıxarırlar. Müğənnilərin adı pis çıxıb. Hamının ləkəsi öz üstünə yaxılsın”. Geri dön |