«Azərsun» dükanlara ərzaq malları satmaqdan imtina edir?
Tarix: 10-03-2015, 16:09 | Çap et
«Azərsun» dükanlara ərzaq malları satmaqdan imtina edir?
Son zamanlar ölkə daxilində bir sıra marketlərdə süni şəkildə qiymətlərin artırılması tendensiyası müşahidə edilməkdədir. Maraqlıdır ki, ölkəyə idxal edilən malların qiymətlərinin artırılmasına qarşı mübarizə aparıldığı halda, daxildə, yerli istehsalla məşğul olan iri inhisarçı şirkətlər də qiymətləri artırırlar. Bəzən isə qiymətləri artıra bilməyən şirkətlər ümumiyyətlə marketlərə mal verilməsi məsələsində xəsislik edir, hətta bundan imtina da edirlər. GUNDEMİNFO.AZ-a müraciət edən vətəndaşlar bildirir ki, «Azərsun» Holdinqin yerli istehsalı olan «Bizim Tarla»nın məhsulları sürətlə marketlərdən yoxa çıxır. Müraciət edən vətəndaşlar deyir ki, marketlərdə tapılan mallar çeşidi isə dəyişdirilir. Burada da çox ilginc üsuldan istifadə olunur. Məsələn daha yeni istehsal edilmiş və üzərində yeni istehsal tarixi olan mallar yığışdırılır. Əvəzində isə marketlərə anbarlarda yığılıb qalmış və üzərində istifadə müddətinin başa çatmasına cəmi 1 ay və ya bundan da az vaxt qaldığı yazılan mallar satışa çıxarılır. Məlumatlara əsasən Azərbaycanın ərzaq bazarında əsas aparıcı şirkətə çevrilmiş «Azərsun» Holdinq bu üsulla anbarındakı bütün köhnə mallarını satışa çıxarır və indiki vəziyyətdən sui-istifadə edir.

Məlumatlara əsasən bu şirkətin marketlərdəki mallarının dəyişdirilməsi və ya ümumiyyətlə yığışdırılması halları ilə bağlı artıq müvafiq olaraq vətəndaşlar dövlət qurumlarına müraciətlər də ediblər. Lakin müraciətlərin nə zaman öz həllini tapacağı bəlli deyil.

GUNDEMİNFO.AZ olaraq xatırladaq ki, bir neçə gün əvvəl Bakıda «Azərsun» a məxsus olan «Azərsüd» məhsulu ilə bağlı da müəmmalı məqam ortaya çıxmışdı. Satışhda olan qablaşdırılmış südün içindən şüşə qırıqları çıxmışdı. Hər halda bu yuxarıda qeyd etdiyimiz kimi dükanlardan yeni malların yığışdırılaraq, daha az istifadə müddəti qalan və ya istifadəyə yararsız olan malların satışa çıxarılması faktının üzərinə həqiqət yükü salır.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net