Qardaş ölkədən qonağımız olacaq
Tarix: 10-03-2015, 16:05 | Çap et
Qardaş ölkədən qonağımız olacaq
Pakistan prezidenti Məmnun Hüseyn martın 11-14-də Azərbaycanda rəsmi səfərdə olacaq.

M. Hüseyn Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə gəlir.

Pakistan prezidentini rəsmi şəxslər və biznesmenlərdən ibarət böyük nümayəndə heyəti müşayiət edəcək. Onların arasında Pakistan Nazirlər Kabinetinin üzvləri, yüksək çinli məmurlar, energetika sektorunda çalışan böyük şirkətlərin nümayəndələri, yüngül sənaye və digər sahələri təmsil edən iş adamları var.

Danışıqlar zamanı əsas diqqət iqtisadiyyat, ticarət, təhsil, müdafiə, elm və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına yönələcək.

Danışıqların yekunu olaraq 4 sənəd imzalanacaq.

Səfəri zamanı biznes- forum keçiriləcək.

M.Hüseyn Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya 10 il ərzində Pakistana humanitar yardım sahəsindəki xidmətlərinə görə bu ölkənin ali “Hilal-e Pakistan” ordenini təqdim edəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net