İcra başçısı satır, ağac qatilləri də ağac qalmır kəsir... (Foto)
Tarix: 11-04-2015, 11:25 | Çap et
İcra başçısı satır, ağac qatilləri də ağac qalmır kəsir... (Foto)
Məmurlar prezident İlham Əliyevin Bakıda ağacların qırılmasını kəskin pisləyən şifahi xəbərdarlığına məhəl qoymamaqda, dövlət başçısının bu göstərişlərinin ziddinə getməkdə davam edir

Məmurların prezidentin “ağacları kəsməyin” tapşırığının əksinə getdiyini, hələ də ağacları kəsməklə məşğul olduğunu göstərən faktları təqdim etməkdə davam edirik. Daha bir fakt...

Aprelin 10-da paytaxtın Nizami rayonunda - Qara Qarayev prospekti, 30/42 ünvanında daha bir yaşıllıq məhv edilib. Səbəb inanılmazdır: Nizami rayonunun icra başçısı Tahir Budaqov prezidentin tapşırıq və göstərişlərinin əksinə olaraq bu ünvanda nə qədər yaşıllıq, ağac varsa, hamısının köklü-budaqlı məhv edilməsinə razılıq verib. Daha dəqiq desək, yaşıllıq olan əraziləri orada tikinti işləri aparmağa hazır dayanan şəxslərə satıb. Onlar da bu sahələri alıb və işə başlayıb.

Virtualaz.org saytı bu faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini öyrənməyə çalışacaq. Hələliksə fotolara baxaq.

Prezidentin görmək istəmədiyi mənzərəni təqdim edirik:

İcra başçısı satır, ağac qatilləri də ağac qalmır kəsir... (Foto)
İcra başçısı satır, ağac qatilləri də ağac qalmır kəsir... (Foto)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net