Hökumətin iqtisadi siyasətinin nəticəsi: Eyfel qülləsində iş dayandırıldı
Tarix: 9-04-2015, 16:05 |
Çap et
Eyfel qülləsinin işçiləri Fransanın əsas həmkarlar ittifaqlarının iş günü tətil etmək çağırışına qoşulublar.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, onlar yerli vaxtla saat 18:00-a qədər qüllənin bütün mərtəbələrində işin dayandırıldığını elan ediblər.
Ümumi Əmək Konfederasiyasının nümayəndəsi bildirib ki, işin dayandırılmasını işçilərin 90 faizi, xüsusilə də bələdçilər və kassirlər dəstəkləyib: "Onlar hökumətin sərt iqtisadi siyasət kursuna qarşı keçirilən bu tətildə iştirakı vacib hesab ediblər".
Həmçinin bu gün axşam Parisdə Respublika meydanında regiondan gələcək əməkçilərin iştirakı ilə çoxminlik nümayiş gözlənilir.