Ana Sayfa > Xəbər > Hökumətin iqtisadi siyasətinin nəticəsi: Eyfel qülləsində iş dayandırıldı
Hökumətin iqtisadi siyasətinin nəticəsi: Eyfel qülləsində iş dayandırıldı9-04-2015, 16:05. Yazar: admin |
Eyfel qülləsinin işçiləri Fransanın əsas həmkarlar ittifaqlarının iş günü tətil etmək çağırışına qoşulublar. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, onlar yerli vaxtla saat 18:00-a qədər qüllənin bütün mərtəbələrində işin dayandırıldığını elan ediblər. Ümumi Əmək Konfederasiyasının nümayəndəsi bildirib ki, işin dayandırılmasını işçilərin 90 faizi, xüsusilə də bələdçilər və kassirlər dəstəkləyib: "Onlar hökumətin sərt iqtisadi siyasət kursuna qarşı keçirilən bu tətildə iştirakı vacib hesab ediblər". Həmçinin bu gün axşam Parisdə Respublika meydanında regiondan gələcək əməkçilərin iştirakı ilə çoxminlik nümayiş gözlənilir. Geri dön |