Lәnkәrana gedәn avtobuslar yoxanılır- Azarkeşlərə görə
Tarix: 9-04-2015, 15:35 |
Çap et
Bu gün keçiriləcək "Xəzər Lənkəran"- "Neftçi" oyununa görə Lənkərana gedən bütün avtobuslar yol polisləri tərəfindən yoxlanılır.
"Qafqazinfo"nun Lənkəranda olan əməkdaşının verdiyi məlumata görə, yoxlamaya səbəb avtobusda "Neftçi" komandasının azarkeşlərinin olub-olmamasını müəyyənləşdirməkdir. Polislər bildiriblər ki, yoxlamanı təhlükəsizlik baxımından edirlər. Buna səbəb XL azarkeşlərinin "Netçi" azarkeşlərinə hər hansı bir ziyan yetirməsinin qarşısını almaqdır.
Qeyd edək ki, "Böyük oyun" saat 17:00-da start götürəcək.
Xatırladaq ki, AFFA-nın İntizam Komitəsinin qərarına əsasən 2013/2014 və 2014/2015 mövsümü Premyer Liqa və Azərbaycan kuboku matçlarında bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulur.