Bakı polisində gecə həyəcanı - Seyidov əməliyyat keçirdi
Tarix: 9-04-2015, 11:03 |
Çap et
Bu gecə Bakı polisində həyəcan siqnalı (“trevoqa”) verilib.
Saat 5.30 radələrində Bakı şəhər Baş Polis İdarəsinin bütün əməkdaşları idarəyə çağırılıb.
Bu haqda məlumatı aznews.az-a polis əməkdaşlarından biri verib.
Məqsəd isə polislərin hazırlıq səviyyələrinin yoxlanılması olub.
Mənbə bildirib ki, hazırlıq səviyyəsi şəxsən Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov tərəfindən yoxlanılıb.
Qeyd edək ki, Mirqafar Seyidov BŞBPİ-nə rəis təyin olunandan sonra nəzarətində olan ayrı-ayrı idarələrdə dəfələrlə belə yoxlamalar keçirib.