Ana Sayfa > Xəbər > Bakı polisində gecə həyəcanı - Seyidov əməliyyat keçirdi
Bakı polisində gecə həyəcanı - Seyidov əməliyyat keçirdi9-04-2015, 11:03. Yazar: admin |
Bu gecə Bakı polisində həyəcan siqnalı (“trevoqa”) verilib. Saat 5.30 radələrində Bakı şəhər Baş Polis İdarəsinin bütün əməkdaşları idarəyə çağırılıb. Bu haqda məlumatı aznews.az-a polis əməkdaşlarından biri verib. Məqsəd isə polislərin hazırlıq səviyyələrinin yoxlanılması olub. Mənbə bildirib ki, hazırlıq səviyyəsi şəxsən Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov tərəfindən yoxlanılıb. Qeyd edək ki, Mirqafar Seyidov BŞBPİ-nə rəis təyin olunandan sonra nəzarətində olan ayrı-ayrı idarələrdə dəfələrlə belə yoxlamalar keçirib. Geri dön |