Dipçəkdə narkotik becərən şəxsə 9 il yarım HƏBS
Tarix: 8-04-2015, 17:44 |
Çap et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitə və odlu silah saxlamaqda təqsirləndirilən Fuad Əsədullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Fuad Əsədullayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Qeyd edək ki, Binəqədi rayon Xocahəsən qəsəbə sakini, 38 yaşlı Fuad Əsədullayevin yaşadığı evdən İtaliya istehsalı olan 1 ədəd “Parad-117” markalı tapança səs boğucusu ilə birgə tapılaraq götürülüb.
Saxlanılan şəxsin üstünə baxış zamanı narkotik maddə olan marixuana da aşkarlanıb. Əməliyyatçılar evdən həmçinin, 6 kiloqramdan çox qurudulmuş marixuana da götürüblər. Fuad Əsədullayev ifadəsində bildirib ki, silahı bir neçə ildir əldə edib yaşadığı evdə gizlədib. Narkotik maddəni isə yay aylarında həyətdəki dibçəklərə əkərək becərib.