Ana Sayfa > Xəbər > Dipçəkdə narkotik becərən şəxsə 9 il yarım HƏBS
Dipçəkdə narkotik becərən şəxsə 9 il yarım HƏBS8-04-2015, 17:44. Yazar: admin |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitə və odlu silah saxlamaqda təqsirləndirilən Fuad Əsədullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Fuad Əsədullayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib Qeyd edək ki, Binəqədi rayon Xocahəsən qəsəbə sakini, 38 yaşlı Fuad Əsədullayevin yaşadığı evdən İtaliya istehsalı olan 1 ədəd “Parad-117” markalı tapança səs boğucusu ilə birgə tapılaraq götürülüb. Saxlanılan şəxsin üstünə baxış zamanı narkotik maddə olan marixuana da aşkarlanıb. Əməliyyatçılar evdən həmçinin, 6 kiloqramdan çox qurudulmuş marixuana da götürüblər. Fuad Əsədullayev ifadəsində bildirib ki, silahı bir neçə ildir əldə edib yaşadığı evdə gizlədib. Narkotik maddəni isə yay aylarında həyətdəki dibçəklərə əkərək becərib. Geri dön |