Bu şəxslərə Azərbaycandan çıxmaq qadağan olundu - SİYAHI
Tarix: 8-04-2015, 15:09 |
Çap et
Vergilər Nazirliyi dövlət büdcəsinə olan vergi borclarını ödəməkdən yayınmağa çalışan vergi ödəyicilərinə qarşı tədbirlərini davam etdirir.
Nazirlikdən Trend-ə bildiriblər ki, belə tədbirlərdən biri də "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Vergi Məcəlləsinin 23.1.16-cı maddəsinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır.
2015-ci il aprelin 1-i tarixinə borclu vergi ödəyicilərinin ölkədən getmək hüququ müvafiq məhkəmə qərarlarına əsasən, müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyincə, bu şəxslərin ölkədən kənara çıxmasına icazə verilməyəcək.
Siyahı ilə bu linkdən tanış ola bilərsiniz: http://vergiler.az/art-view/3732/