Ana Sayfa > Xəbər > Bu şəxslərə Azərbaycandan çıxmaq qadağan olundu - SİYAHI
Bu şəxslərə Azərbaycandan çıxmaq qadağan olundu - SİYAHI8-04-2015, 15:09. Yazar: admin |
Vergilər Nazirliyi dövlət büdcəsinə olan vergi borclarını ödəməkdən yayınmağa çalışan vergi ödəyicilərinə qarşı tədbirlərini davam etdirir. Nazirlikdən Trend-ə bildiriblər ki, belə tədbirlərdən biri də "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Vergi Məcəlləsinin 23.1.16-cı maddəsinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır. 2015-ci il aprelin 1-i tarixinə borclu vergi ödəyicilərinin ölkədən getmək hüququ müvafiq məhkəmə qərarlarına əsasən, müvəqqəti olaraq məhdudlaşdırılıb. Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyincə, bu şəxslərin ölkədən kənara çıxmasına icazə verilməyəcək. Siyahı ilə bu linkdən tanış ola bilərsiniz: http://vergiler.az/art-view/3732/ Geri dön |