"Şərur" MTK-dakı olayla bağlı cinayət işi açıldı - RƏSMİ
Tarix: 8-04-2015, 12:48 | Çap et
"Şərur" MTK-dakı olayla bağlı cinayət işi açıldı - RƏSMİ
Aprelin 7-də “Şərur” Mənzil-Tikinti Kooperativi tərəfindən Binəqədi rayon ərazisində inşa edilən tikintinin 3-cü mərtəbəsindən orada fəhlə işləyən 1994-cü il təvəllüdlü Nahid Əliyevin yıxılaraq aldığı xəsarətlərdən ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdır.
Bu barədə DİA.AZ-a Bakı şəhər prokurorluğundan məlumat verilib. Xəbərdə deyilir ki, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net