Ana Sayfa > Xəbər > "Şərur" MTK-dakı olayla bağlı cinayət işi açıldı - RƏSMİ
"Şərur" MTK-dakı olayla bağlı cinayət işi açıldı - RƏSMİ8-04-2015, 12:48. Yazar: admin |
Aprelin 7-də “Şərur” Mənzil-Tikinti Kooperativi tərəfindən Binəqədi rayon ərazisində inşa edilən tikintinin 3-cü mərtəbəsindən orada fəhlə işləyən 1994-cü il təvəllüdlü Nahid Əliyevin yıxılaraq aldığı xəsarətlərdən ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdır. Bu barədə DİA.AZ-a Bakı şəhər prokurorluğundan məlumat verilib. Xəbərdə deyilir ki, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Geri dön |