Gazprom-un gəliri 70% azalıb
Tarix: 8-04-2015, 10:45 |
Çap et
Bu ilin ilk iki ayı ərzində Rusiyanın dövlətə məxsus Gazprom şirkətinin gəlirləri 70 faiz azalıb.
Rusiya Federal Gömrük Xidməti aprelin 7-də bildirib ki, Gazprom-un ixrac gəlirlərindəki azalma yanvar-fevral aylarında 7.4 milyard dollara bərabər olub.
Belə ki, ötən ilin ilik 2 ayında ixrac 37.4 milyard kubmetr olubsa, bu il bu rəqəm 27.5 milyard kubmetrə düşüb. Bunun da 18.7 milyard kubmetri MDB ölkələrindən xaricə, qalanı MDB daxilinə gedib.
Ötən ilin yanvar-fevralında qazın min kubmetri 334 dollar idisə, bu ilin həmin dövründə qiymət 269 dollar olub.
Aprelin 8-də Prezident Vladimir Putinin Gazprom rəhbəri Aleksei Miller ilə görüşəcəyi bildirilir. Rusiya prezidentinin sözçüsü Dmitry Peskov deyib ki, görüşdə “qaz məsələləri müzakirə olunacaq, ancaq onları açıqlamaq fikrində deyiləm”.