Ana Sayfa > Xəbər > Gazprom-un gəliri 70% azalıb
Gazprom-un gəliri 70% azalıb8-04-2015, 10:45. Yazar: admin |
Bu ilin ilk iki ayı ərzində Rusiyanın dövlətə məxsus Gazprom şirkətinin gəlirləri 70 faiz azalıb. Rusiya Federal Gömrük Xidməti aprelin 7-də bildirib ki, Gazprom-un ixrac gəlirlərindəki azalma yanvar-fevral aylarında 7.4 milyard dollara bərabər olub. Belə ki, ötən ilin ilik 2 ayında ixrac 37.4 milyard kubmetr olubsa, bu il bu rəqəm 27.5 milyard kubmetrə düşüb. Bunun da 18.7 milyard kubmetri MDB ölkələrindən xaricə, qalanı MDB daxilinə gedib. Ötən ilin yanvar-fevralında qazın min kubmetri 334 dollar idisə, bu ilin həmin dövründə qiymət 269 dollar olub. Aprelin 8-də Prezident Vladimir Putinin Gazprom rəhbəri Aleksei Miller ilə görüşəcəyi bildirilir. Rusiya prezidentinin sözçüsü Dmitry Peskov deyib ki, görüşdə “qaz məsələləri müzakirə olunacaq, ancaq onları açıqlamaq fikrində deyiləm”. Geri dön |