Zakir Fərəcovun Masazır sakinlərinə soyuq yaz çiləsi...
Tarix: 14-04-2015, 09:51 | Çap et
Zakir Fərəcovun Masazır sakinlərinə soyuq  yaz çiləsi...
Abşeron rayonu Masazır qəsəbəsinin sakinləri 4 gündür qazsız qalıb.

Qəsəbə sakinlərinin Vertikal.az-a verdiyi məlumatına görə, aprel ayının 11-dən qəsəbəyə qaz verilişi dayandırılıb. Dünən axşam saatlarından isə işıqlar söndürülüb. Gecə saatlarında bəzi ərazilərə işıq verilsə də, bəzi ərazilər bu saatlara qədər işıqsızdır. Sakinlərin sözlərinə görə, qəsəbədə durum acınacaqlıdır.

Qeyd edək ki, aprel ayının 9-da qəsəbənin Sarı Aşıq küçəsində Elxan Aslanova məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş vermişdi. FHN əməkdaşları partlayan evə yaxın ərazilərdə də yoxlamalar apardığı üçün aprel ayının 11-dən qəsəbəyə qaz verilişi dayandırılıb.

Vertikal.az-a danışan sakinlərdən biri isə bildirdi ki, artıq qaz problemi ilə bağlı şikayətlərinin hətta yerli Abşeron rayon icra hakimiyyəti tərəfindən qulaqardına vurulmasından da yorulduqlarından etiraz aksiyası keçirməyi planlaşdırırlar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
09-08-2022 12:22
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net