İmişlidə bir park var... Dörd bir yanında market və çayxana, ortasında gölməçə
Tarix: 8-04-2015, 09:16 | Çap et
İmişlidə bir park var... Dörd bir yanında market və çayxana, ortasında gölməçə
İmişli şəhərində Mirzə Ələkbər Sabirin adını daşıyan park elə əcaib vəziyyətə gətirilib ki, daha onu “park” adlandırmağa da adamın dili gəlmir.

Yüzlərlə çoxillik ağac məhv edilərək yerləri kommersiya təyinatlı obyektlər üçün satılıb.

Nəticədə parkda 10-dək çayxana, xeyli sayda mağaza açılıb. Bu gün də təyinatı bəlli olmayan yeni obyektlərin tikintisi davam edir.

Yerli sakinlərdən Vertikal.az-a daxil olan məlumata görə, hətta M. Ə. Sabirin büstünün yerləşdiyi torpaq sahəsi də sənədlərdə şəxsi mülkiyyətə keçib.

Çayxanalara gələnlər avtomobilini də burada saxladığından parkı həm də “avtodayanacaq” adlandırmaq olar. Yağıntılı günlərdə ərazidə gölməçə yaranır və bəzi avtomobillərin oradan çıxması çətinləşir.

İmişlidə bir park var... Dörd bir yanında market və çayxana, ortasında gölməçə





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net